Beynəlxalq tədbirin iştirakçıları Gənclər Fondunda qonaq oldu

Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihəsinin iştirakçıları Gənclər Fondunda səfərdə olublar. SİA-nın qurumun mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, 6 ölkəni təmsil edən 30 gəncə Fondun fəaliyyəti haqqında geniş məlumat verilib, təqdimat nümayiş etdirilib.

Fondun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq Fondun gənclər üçün yaratdığı imkanlar barədə danışıb, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulayıb.

Daha sonra Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıblar.

Mərkəzin Baş katibi Gülnar Xəlilova səmimi qəbula görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə