"Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün rəsmi komitə yaradılmalıdır" TƏKLİF

“Gənclər gələcək nəsillərə görə məsuliyyət daşıyır. Bu gün nəyə nail olmuşuqsa, onları gələcək nəsillərə çatdırmalıyıq”. SİA-nın xəbərinə görə, bunu Zambiya Yaşıl Partiyasının Baş katibi Daniel Siçilonga Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı çərçivəsində “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” mövzusunda keçirilən sessiyasında çıxış edrəkən deyib.

O bildirib ki, hələ də dünyada gənclərin potensialından tam istifadə olunmur: “ Dəyişiklik etməyə ehtiyac var. Gələcəyin baş nazirləri, nazirləri gənclərdir. Dayanıqlı gələcəyin təmin edilməsi sahəsində biz hələ ki düzgün yolda deyilik. Dünyada karbon qazı tullantıları getdikcə artır. Son illərdə bu rəqəm 1.6 faiz artıb. Bizim torpağımız, suyumuz, ərzaq yemək bizi saxlayır. Biz bu sahədə olan dəyişikliləri təin etmək üçün lazımi mexanimzlər yaratmalıyıq”

Baş katibin sözlərinə görə, iqlim dəyişikliklərin qarşısının alınması üçün ilk növbədə yaşıllıq təmin edilməlidir: “Parlamentlər qanunların evidir. Bu ev möhkəm olsa, o zaman biz xalqlarımız ölkələrimiz üçün düzgün yol seçə bilərik. Həmkərlararası platformanı yaratdıqda ölkələr bir-birilərini yaxşı başa düşməli, ən yaxşı təcrübələri paylaşmalıdırlar. Elmi dairələri, biznesləri, müxtəlif qurumları bir araya gətirməklə dayanıqlı inkişaf məqsədlərinə nail ola bilərik. Bununla da biz inkişaf mərkəzlərinin aktuallaşdırılmasına gətirib çıxarmalıyıq. Dayanıqlı İnkişafla bağlı irəliləşə nail olmaq üçün bütün tərəflər öz üzərilərinı düşən öhdəlikləri yerinə yetirməlidirlər. Biz strategiyanı məlumat olmadan qəbul edə bilmərik. Nəticələrlə bağlı rəqəmlər olmasa, inkişafdan danışa bilmərik”.

Daniel Siçilonganın fikrinə, rəsmi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün rəsmi komitə yaradılmalıdır: “Görülən işlərlə bağlı bütün məlumatlar həmin komitəyə toplanmalıdır. Yalnız bundan sonra bilərik ki, bu sahədə hansı işlər görülüb və daha nələr etməliyik. Bu işə gənc parlament üzvləri cəlb edilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə