Bakı metrosu xüsusi rejimdə işləyəcək

Bayram günləri metropoliten xüsusi rejimdə işləyəcək. "Bakı Metropoliteni" QSC-dən SİA-ya verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...