Bilik Fondunun təcrübəçiləri mühazirə dinləyiblər

Aprelin 17-də bu mövzuda Bilik Fondunda toplantı keçirilib. SİA-ya verilən məlumata görə, Fondda istesalat təcrübəsi keçən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan və Bakı Slavyan Universitetində "Yunanşünaslıq" ixtisasına yiyələnən tələbələr C.Musaoğlunun "Azərbaycandakı prezident seçkiləri: nəticələr və perspektivlər" mövzusunda mühazirəsini dinləyiblər.

Fondun mətbaut katibi ATƏT-in Demokrtaik Təsisatlar və İnsan Haqqları Bürosunun aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı hesabatında kifayət qədər yanlış məqamlar olduğunu deyib.

Prezident seçkilərində namizədlərə və seçicilərə yaradılmış demokratik şəraitdən bəhs edən natiq bildirib ki, bütün bu uğurları ATƏT müşahidəçiləri görməzdən gəlib və Azərbaycanın rəsmi şəxsləri belə qərəzli rəyin öncədən hazırlandığı qənaətindədirlər.

C.Musaoğlu Prezident İlham Əliyevin seçkidən sonrakı çıxışında səsləndirdiyi "gələcək gənclərindir" fikrindən çıxış edərək, dinləyiciləri xüsusən də gələcəyin diplomatları olacaq tələbələri dövlətə qarşı yönələn təhdidlərin qarşısında sipər olmağa çağırıb.

Bilik Fondunun mətbuat katibi Azərbaycana qarşı məkirli niyyətdə olan qüvvələrin varlığına işarə edərək, gənclərin hadisələrə açıq düşüncə ilə reaksiya verməsinin, qərəzli münasibətin şaxələnməsinə qarşı çıxmalarının onların vətəndaşlıq mövqeləri ilə əsaslandırıb.

Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...