Zərdablılar bələdiyyə seçkilərinə zəfər inamı ilə gedirlər!

Yeni Azərbaycan Partiyasının (YAP) Zərdab rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının Seçki Qərargahının təbliğat-təşviqat qrupu dekabrın 10-da rayonun Dəliquşçu kəndində Dəkkəoba və Dəli Quşçu kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov qeyd edib ki, rayonda partiya tərəfindən namizədliyi irəli sürülən şəxslərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Hər bir seçki prosesindən qələbə ilə çıxan YAP bələdiyyə seçkilərinə də tam hazırdır və partiyanın seçki proqramı mövcuddur ki, həmin proqramda bələdiyyələrə namizədlərin qarşısında duran vəzifələr öz əksini tapıb.

S.Kərimov "Xalq üçün" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirib. Q qeyd edib ki, respublikamızda keçirilən hər bir seçki ölkəmizin demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə sübut edir.

Zərdab rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Mübariz Umarov, Ziyad Xancanov, Mənsim Pənahov, çıxış edərək seçkilərin yüksək səviyyədə, tam demokratik şəraitdə keçiriləciyini, hər bir seçicinin öz istədiyi namizədə sərbəst şəkildə səs vermə imkanına malik olduğunu vurğulayıblar. Seçicilər qarşıdakı seçkilərdə sabitliyin, stabilliyin, davamlı və dayanıqlı inkişafın sülhün və əmin-amanlığın qarantı olan YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə bildiriblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə