YAP Binəqədi rayon təşkilatının A.Məmmədov - 10 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının A.Məmmədov - 10 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib.
İclası ərazi ilk partiya təşkilatının üzvü Paşa Rzayev açaraq, iştirakçıları salamlayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, struktur və kadr islahatları nəticəsində, əldə edilən uğurlardan danışıb. Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib.
R.Göyüşov, eyni zamanda, ölkəmizdə əldə edilən uğurları, nailiyyətləri gözü götürməyən anti-Azərbaycan qüvvələrin istər ölkə daxilində, istərsə də ölkə xaricində dövlətimizin əleyhinə çirkin təbliğat və qarayaxma kampaniyaları apardıqlarını qeyd edib. Bu vasitələrdən birinin də sosial şəbəkələr vasitəsilə aparıldığını vurğulayıb. R.Göyüşov belə kampaniyalara qarşı hər bir YAP üzvünün mübarizə aparmasının, onların ifşa olunaraq, əsl niyyətlərinin cəmiyyətimizə təqdim olunmasında, ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqe nümayiş etdirməsinin zəruri olduğunu qeyd edib.
Sonda bir qrup partiya üzvü Energetika İşçilərinin Peşə Bayramı və rayonun ictimasi-siyasi həyatında fəal iştirakına görə fəxri Fərmanla təltif edilib.
ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə