Selcan Yağmurdan daha bir şok açıqlama – “Profilim oğurlanmayıb”

“Feysbukda yazdığım yazıdan sonra belə iddia olunub ki, profilim oğurlanıb. Jurnalistlər məndən açıqlama istəyir. Amma mən o yazıda deyilə biləcək hər şeyi demişəm. İnteryvu vermək üçün, danışmağa çox ağır bir mövzudur”. SİA xəbər verir ki, bu fikirləri AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəəhrəmanlının qızı Selcan Yağmur sosial şəbəkə vasitəsi ilə yayımladığı videoda bildirib.

Selcan Yağmur bildirib ki, bu mövzuda danışmaq ona çox çətindir və həmin yazını bir neçə dəfə yazıb-silib, hətta paylaşmaqda da tərəddüd edib. Lakin son anda bunun icrtimailəşdirmək qərarını verib: “Mən o yazını 40 dəfə yazıb-silmişəm, bir neçə dəfə paylaşmaq istəmişəm, sonra da fikrimi dəyişmişəm. Bunu danışmaq o qədər çətindir ki... Düzdür, günahkar mən deyiləm, mən heç bir şey etməmişəm... Mən bu mövzuda ikinci dəfə danışa bilməyəcəm”.

O, qeyd edib ki, bəzi şəxslər onun profilinin oğurlandığını iddia edirlər, lakin bu belə deyil: “Sadəcə, bir mövzunun üzərində dayanmaq istəyirəm ki, profil oğurlanmayıb. Mənə hakimiyyət təzyiqi yoxdur. Yazılarımın hər birini özüm yazmışam. Hollandiyada universitetdəyəm və heç kimə açıqlama verməyə vaxtım yoxdur. Fuysbukum oğurlanıb deyə bir şey yoxdur, buna heç kim inanmasın. Hər kəsə mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Selcan Yağmur atası Fuad Qəhrəmanlının evdə ailəsinə və övladlarına qarşı şiddət mühiti yaşatdığını bildirib, şəxsinə və anası – jurnalist Zümrüd Yağmura həddindən artıq iztirablı anlar törədib. Nəticədə Zümrüd Yağmur Fuad Qəhrəmanlıdan qanuni yolla ayrılmaq qərarını verib və boşanma ərizəsi ilə müvafiq qurumlara müraciət edib.

Xatırladaq ki, S.Yağmur AXCP sədri Əli Kərimlinin partiyasında və ətrafında iyrənc halların yaşandığını bildirib və atasının da bu kimi əməllərdə iştirak etdiyinə görə sərt şəkildə qınayıb, soyadını belə daşımaq istəmədiyini bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...