BMT Baş katibinin müavini Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə təşəkkür edib

"Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Eyni zamanda Azərbaycan xalqına BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsinə dəstək verdiyinə və qonaqpərvərliyinə görə dərin minnətdarlığımı bildirirəm”. SİA-nın verdiyi məlumata görə, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda olduğuna görə özünü məmnun hiss etdiyini bildirib: “BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edirəm və ümid edirəm ki, Azərbaycan hökuməti ilə BMT arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək".

"Bu Forum sayəsində biz dövlət xidmətlərini dünyada təşviq edirik. Dövlət xidmətlərinin mükafatları sahəsində isə Azərbaycanın “ASAN xidmət” modeli də daxil olmaqla ən optimal təcrübələri digər ölkələrlə bölüşürük”, - deyə Lui Zenmin qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...