"Sosial paketin imzalanması iqtisadi inkişafın məntiqi davamıdır" - BƏHRUZ QULİYEV

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı verdiyi növbəti Sərəncam ilk növbədə Azərbaycan xalqının rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır". Bu fikirləri SİA-ya "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının minimum əmək haqqlarının artırılması haqqında imzaladığı Sərəncama münasibətini bildirərkən deyib.

Baş redaktor bildirib ki, ölkə ictimaiyyəti bu addımı böyük ruh yüksəkliyi ilə qarşılayır və bu kimi addımlar ölkənin sosial inkişaf proseslərində xalqın rifah naminə atılan addım kimi qiymətləndirir: "Ümumiyyətlə, sosial problemlərin həlli, vətəndaşların rifah halının yüksəldilməsi ilə bağlı atılan addımlar bilavasitə Azərbaycanın nəinki regionda, o cümlədən, beynəlxalq aləmdə insan amilinə verdiyi dəyərin sübutudur".

B.Quliyevin sözlərinə görə, bu kimi qərarlar aparılan siyasətin mərkəzində insan amilinin dayanmasının göstəricidir: "Biz əminik ki, hər bir Azərbaycan vətəndaşı davamlı olaraq bu qərarların bəhrəsini görür. Ölkənin iqtisadi inkişafı, ümumilikdə, Azərbaycan ailəsinin sosial durumunun yaxşılaşmasına xidmət edir".

Ekspert onu da qeyd edib ki, görülən işlər sabitliyin, Lider-xalq birliyinin nəticəsidir: "Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2,0 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...