"Amnesty International" nüfuzunu çoxdan itirib" ÖZƏL-MÜNASİBƏT

Amnesty İnternational” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib və bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.

Məsələyə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov SİA-ya açıqlamasında prosesə siyasi don geyindirilməsinin qərəzli olduğunu deyib: "Dünyada elə təşkilatlar var ki, onların mövcudluğu artıq formal xarakter daşımağa başlayıb. “Amnesty International” təşkilatı tam korrupsiyalaşmış bir təşkilatdır. Onların qərarları, bəyanatları ədalətə, fakta deyir sifarişə əsaslanır. Bu mənada bu təşkilatın Avroliqa ilə bağlı münasibətinə təəccüblənmədim. Ancaq ortaya başqa bir sual çıxır. Bu təşkilat pisləmə mövqeyini necə əsaslandırıb? Neçə QHT arasında sorğu keçiriblər? Ümumiyyətlə bu qənaət hardan meydana gəlib? Təbii ki, bunlar beç biri olmayıb. Sadəcə öz agentləri vasitəsi ilə dövlətlərə şantaj tipli mesajlar göndərilir, pul istənilir, verməyəndə isə bu tip bəyanatlar ortaya çıxır. “Amnesty International” nüfuzunu çoxdan itirib, qeyri-ciddi, məsuliyyətsiz bir qurumdur. Bu təşkilat korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb, ayrı ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffaflıq, demokratiyadan danışmağa haqqı yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...