"Anti-Azərbaycan qüvvələrinin məkrli siyasətinə imkan verilməyəcək" AÇIQLAMA-ÖZƏL

"Azərbaycanın gücü artdıqca, mövqeyi möhkəmləndikcə, dünya miqyasında nüfuzu yüksək səviyyəyə qalxdıqca ölkəmizi istəməyən həm xaricdə, həm də daxildə olan anti-milli qüvvələr fəaliyyətə keçməyə başlayırlar. Onların əsas məqsədi Azərbaycanı nüfuzdan salmaq, daxildə gedən proseslərə mane olmaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, xüsusilə də son zamanlar anti- Azərbaycan qüvvələrlə Ermənistanın rəsmi mövqeyinin üst-üstə düşməsi çox təəssüf doğurur.

Deputatın sözlərinə görə, bu cür insanlar anti-Azərbaycan mövqeyində dayanmaqla, əslində dövlətimizə, xalqımıza, ermənilərlə bərabər zərbə vurmağa çalışırlar: “Əlbəttə bu gün Azərbaycan güclü dövlətdir. Ölkəmizin beynəlxalq səviyyədə böyük nüfuzu olmaqla yanaşı, dünyanın güc mərkəzləri ölkəmizin mövqeyini qəbul edir, Avropaya vermiş olduğu töhfələri yüksək qiymətləndirir ”.

Azərbaycanda möhkəm xalq-hakimiyyət birliyinin olduğunu deyən F. Ağamalı söyləyib ki, bu yaxınlarda Fransanın “Opinion Way” şirkəti tərəfindən hazırlanan sosial sorğunun nəticələri də buna sübutdur. Bütün bunlar ciddi faktor və anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı yönəlmiş məkrli siyasətinin həyata keçirməsinə imkan vermir və verməyəcək. Sadəcə olaraq hər bir vətəndaş dövlətinin yanında olmalı, ölkəmizdə sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərmək istəyənlərə qarşı qətiyyətli iradə nümayiş etdirməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...