Ermənistanda beynəlxalq marixuana günü keçirilib YEREVANDA NARKOTİK BAYRAMI

Hakim partiya deputatının qardaşı tədbirə rəhbərlik edib

Bu günlərdə Yerevanın “Azadlıq” meydanında beynəlxalq marixuana gününə aid tədbir keçirilib. SİA news.am-a istinadən xəbər verir ki, bununla bağlı hakim “Mənim addımım” blokundan olan deputat Nikolay Baqdasaryan qardaşı Aleksandr Baqdasaryanın sözügedən tədbirin təşkilatçısı olmasına münasibətini bildirərkən deyib.

Maraqlıdır ki, narkotik maddəyə həsr edilmiş tədbirin təşkilatçılığında qardaşının əsas sima olmasını pərdələməyə çalışan N.Baqdasaryan deyib ki, hökumət belə bir tədbirin keçirilməsinə icazə verib. O, Ermənistanda marixuananın və s. narkotiklərin leqallaşdırılması sualını cavablandırarkən onu da deyib: “Mən, müəyyən zaman ABŞ-da yaşamışam. Bilirəm ki, orada hər şey qanunidir, Gürcüstanda da belədir. Lakin bəzi dövlətlərdə buna görə ölüm hökmü tətbiq olunur. Ona görə də, bu məsələ dərin şəkildə araşdırılaraq, öyrənilməlidir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində eynicinslilərin evliliyi, LGBT-nin rəsmi qeydiyyata alınması, habelə narkotik bitkilərin azad satışı və istifadəsi ilə bağlı qanun layihəsinin işlənilərək, parlamentə təqdim olunması ilə bağlı bir neçə dəfə çıxış edib.

Onu xa xatırladaq ki, bu gün işğal altındakı Dağlıq Qarabağ ərazilərindən narkotraffik və narkoplanstansiyalar kimi istifadə olunur və bu barədə kifayət qədər faktlar mövcuddur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...