MTX direktorunun anası Sarkisyanın köməkçisi oldu TƏYİNAT

Ermənistanın prezidenti Armen Sarkisyan ölkənin Milli Təhlikəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anası Marqarita Azaryanı özünə köməkçi təyin edib. SİA xəbər verir ki, bu barədə news.am saytına erməni prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ermənistan ictimaiyyətində və sosial şəbəkələrdə son vaxtlar Paşinyanın kadr seçimində yalnız özünə yaxınlığı ilə seçilən şəxsləri təyin etməsi məsələsi ətrafında müzakirələr gedir. MTX direktorunun anasının Armen Sarkisyana köməkçi təyin olunması məsələsində də bu məsələ barədə danışılmaqdadır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...