“"5-ci kolon" yenidən fəallaşıb” RƏY-ÖZƏL

“Qarşıdan Avropa Şurası Parlament Assambleyasının qış sessiyası gəlir. Yanvarın sonlarında baş tutacaq müzakirələrdə əsas diqqət bölgəmizə yönələcək. Gürcüstan və Ermənistandakı seçkilər müzakirəyə çıxarılacaq”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, "5-ci kolon" təmsilçiləri Azərbaycanın da həmin siyahıya əlavə olunmasına ciddi şəkildə səy göstərirlər: "Halbuki, AŞPA-da ölkəmizlə bağlı müzakirəyə çıxarılacaq elə bir ciddi məsələ yoxdur. Bizim üçün müzakirəsi vacib olan yeganə məqam torpaqlarımızın işğalı, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarının təcili olaraq bərpasıdır. Sirr deyil ki, AŞ PA-da Gürcüstan və Ermənistana dəstək verənlər çoxdur. Xüsusilə də, Ermənistanda keçirilmiş növbədənkənar seçkilər nə qədər ciddi qanun pozuntuları ilə müşahidə edilsə də AŞPA bu pozuntulara göz yumacaq və yəqin ki, Paşinyanı tərifləyəcək. Paşinyana dəstək verən erməni lobbisi bunu çox gözəl bilir. Fürsətdən yararlanaraq Azərbaycanın diplomatik gedişləri sayəsində KTMT-də, Avropada çoxsaylı sarsıdıcı zərbələr alan Paşinyanın bu yolla reytinqinin qaldırılmasına çalışırlar. Belə bir vəziyyətdə süni olaraq heç bir faktlara əsaslanmayan qondarma ittihamlarla Azərbaycanı tənqid hədəfinə gətirmək isə ən sadə yoldur. Təəssüf ki, bu işdə erməni lobbisinin maraqlarına xidmət edən "azərbaycanlılar" yenidən fəallıq nümayiş etdirməyə başlayıblar. Dediyiniz kimi, Mehman Hüseynovun aclığı dayandırmasına baxmayaraq hələ də bu məsələ ilə bağlı hay-küy qaldırmaqla adlarını çəkdiyiniz şəxslər erməni lobbisi və Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlərdən daha çox pul qopartmağa, qrant almağa çalışırlar. Lakin onların budəfəki oyunu da əvvəlkilər kimi heç bir nəticə verməyəcək. Dövlətimiz doğru bildiyi yolla daha uğurla addımlayacaq”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə