Xədicənin 500 avroluq qrantı onun başını ağrıdacaq? ANALIZ

Yaxud, pulların xərclənəcəyi qaranlıq məqsədlər bəlli olub

Uzun illərdir ki, “millət dərdinə yananlar” fəsiləsindən olan, istər ölkə daxilində, istərsə də Avropada qrant uğrunda şərəflərini, ləyaqətlərini pula-paraya satanlar barədə müxtəlif, eləcə də çoxsaylı faktlar öz təsdiqini tapmaqdadır. Biz, elə də uzağa getməyərək, Avropada sosial şəbəkə üzərindən “siyasi mübarizə” aparanıar arasındakı qrant davasını xatırlaya bilərik. Bir-birlərini ən sərt ifadələrə təhqir edən bu tiplərin isə əslində bir-birlərindən heç bir fərqləri yoxdur. Çünki bu fərdləri ümumiyyətlə, dövlət maraqlarından tutmuş, insan haqlarına qədər heç nə maraqlandırmayıb, bundan sonra da belə olacaq. Onların maraqları yalnız və yalnız Azərbaycan dövlətinin maraqları əleyhinə qrant əldə edib, bunu həzm-rabeələrindən keçirmək üzərində qurulub. Əbəs deyil ki, Əlikram Hümbətov kimi xainlərlə, separatçılarla belə, eyni ağızdan Azərbaycan dövləti və hakimiyyəti əleyhinə dəm vuranlar “şərəfsiz” ifadəsini təhqir kimi qəbul etmədiklərini bəyan edirlər. Məhz bu həqiqətin özü onların nə qədər təhlükəli, nə qədər idbar ünsürlər olduğunu hər dəfə isbat etməkdədir.

Dini qruplar, seksual azlıqlar…

Yeri gəlmişkən, qrant savaşı hələ də davam edir və bu dəfə həmin məsələdə özünü “araşdırmaçı jurnalist”, yaxud “hüquq müdafiəçisi” kimi təqdim edən Xədicə İsmayılın adı hallanır. Mətbuata sızan dəqiq informasiyaya görə, X.İsmayıl, bu yaxınlarda Qərb təşkilatlarından növbəti - 500 min avro qrant alıb. Maraqlıdır ki, bu məsələni elə beynəlxalq donor təşkilatlarından biri nəninki inkar edib, hətta təsdiqləyib. Maraqlı məqam isə budur ki, X.İsmayıl bu məbləği topdan deyil, pərakəndə şəkildə əldə edib. Çünki ona bildirilib ki, vəsait topdan göndərilərsə, dərhal diqqətləri cəlb edə bilər və s.

Başqa tərəfdən, X.İsmayıl hazırda vergi məsələlərinə görə məhkəməyə verilib və bu səbəbdən, onun bank hesablarının bağlı olduğu bildirilir. Ona görə də qrant vəsaitləri onun yaxın tanışının hesabına köçürülür və pullar da oradan nağdlaşdırılır. Bu qrantların məqsədləri isə artıq müəyyənləşdirilib:

1. Milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaq

2. Bu qruplarda təşkilatlanma işlərinin aparılması üçün maddi vəsaitlərdən istifadə edilmək

3. Uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından - dini icmalarda, seksual azlıqla qruplarında narazıları aşkarlayıb, səfərbər etmək

Lakin bu məqamda, X.İsmayılın qrant məsələsi ildırım sürəti ilə düşərgə daxilində, eləcə də Avropadakı qruplar arasında çaxnaşma yaradıb. Daha dəqiq desək, X. İsmayılın yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirməsi qarşı tərəfləri qıcıqlandırıb.

Fakt budur ki, xarici dairələr bu dəfə X.İsmayılın üzərində dayanmaqla, digərlərinə etimad göstərmədiklərini sərgiləmiş olub

Yəni o, həmin pulları özünə yaxın olan fəallara ötürür. Nəticədə bu amil bəzi müxalifət liderləri arasında, eləcə də avropalı “siyasi mühacirlərdə” narazılıq yaradıb. Onlar qrantın müxalifət partiyalarına və “siyasi mühacirlərə” deyil, X.İsmayıla ötürülməsindən narazılıq edirlər və bu barədə Qərb səfirliklərinə şikayətlənirlər. Ancaq fakt budur ki, xarici dairələr bu dəfə X.İsmayılın üzərində dayanmaqla, digərlərinə etimad göstərmədiklərini sərgiləmiş olub.

Bu məsələ isə daha əvvəllər yaşanan qrant savaşları kimi bu “cameəni” kəskin qarşıdurmalara və ziddiyyətlərə sürükləyəcək. Necə ki, ötən il X.İsmayıl ilə “Siyasi Məhbusların Müdafiə Mərkəzi” arasında yaşananlar kimi. Xatırladaq ki, həmin vaxtlarda X.İsmayılla yanaşı, adıçəkilən qurum da Qərbə “siyasi məhbus” siyahıları göndərirdilər. Xədicə isə qrant pullarına tək sahibi olmaq üçün, həm müxalifət partiyalarının rəhbərləri, həm də “Siyasi Məhbusların Müdafiə Mərkəzi” barədə donor təşkilatlara donoslar yazmışdı. Əbəs deyil ki, ötən il o, 350 min avroluq qrantı əldə edərək, onun bir hissəsini “NİDA”-nın kef məclislərinə, digər hissəsini isə başqa məqsədlər üçün istifadə edib. O cümlədən, bu pullar vergidən də gizlədilib. Hər halda, bu dəfə onun 500 min avroluq qrant alması məsələsi daha böyük səs-küyə və savaşlara rəvac verməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə