“Mühacir adına iddialı ünsürlərin ağlı çatmır, başları boşdur” AÇIQLAMA

“Müxaliflərin və xaricdəki “söyüş qrupu”nun ümumiyyətcə siyasi mədəniyyətləri yoxdur”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, xüsusi ilə mühcir adını daşıyan ünsürlərin ağlı çatmır, başları boşdur: “Yəni əgər sən müxalifətsənsə, dövlətə, dövlətçiliyə qarşı, milli mənafelərə qarşı müxalifət ola bilməzsən. Bu müxalifətçilik deyil, anti-dövlət fəaliyyəti, anti-Azərbaycan fəaliyyətdir. Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının və onlar kimi digər özünü müxalifət adlandıran siyasilərin də fəaliyyəti bu istiqamətə yönəlmiş fəaliyyətdir. Bu baxımdan, istər ölkə daxilində, istərsə də ölkə xaricində istənilən bir adam Azərbaycana qarşı addım atırsa, Kərimli, Hacılı həmin adamlara dəstək verməyə başlayırlar. Eyni zamanda, burada başqa bir səbəb də var, həmin şəxsləri xaricdə ki, anti-Azərbaycan qüvvələr maliyyələşdirir. Ölkə daxilində özünü siyasətçi, müxalifət adlandıran bu insanlarda bütün gəlirlərini, ciblərini məhz həmin anti-Azərbaycan qüvvələr vasitəsi ilə doldururlar. Bu baxımdan, bunları birləşdirən bir iqtisadi mərkəz var ki, həmin iqtisadi mərkəzdən maliyyə göndərən şəxslərdən gələn tapşırıqları təbii olaraq yerinə yetirirlər. Yəni xaricdə olan Orduxan və İsgəndərli kimilərinin çıxışlarına ölkə daxilindən dəstək vermək bunların özünün anti-Azərbaycan fəaliyyətinin tərkib hissəsidir. Həm də bunlara gələn sifarişi yerinə yetirirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə