Enerjidə tarixi addım "STAR" MƏQALƏ

Ötən gün Türkiyənin İzmir şəhərində “Star” Neft Emalı zavodunun açılmasına qardaş ölkə mətbuatında geniş yer ayılıb. SİA “Star” qəzetində layihə ilə bağlı yer alan məqaləni təqdim edir:

Türkiyənin ən böyük xarici investoru Azərbaycan şirkəti olan SOCAR-ın 6.3 milyard dollarlıq sərmayə qoyuluşu ilə reallaşdırdığı “STAR” Neft Emalı Zavodu İzmirdə təntənəli mərasimlə açıldı. Türkiyədə özəl sektorun bir sahəyə yönəltdiyi ən böyük yatırım olan zavod Türkiyənin daxili bazarının 25 faiz xarici importdan azad olmasına səbəb olmaqla yanaşı, ölkənin 1.5 milyard dollar qənaət etməsinə imkan yaradacaq.

ƏN BÖYÜK YATIRIM

Prezident Ərdoğan zavodun önəmini son 30 ilin ən böyük özəl sektor yatırımı olduğunu ifadə edərək, “Türkiyənin ən böyük milliləşdirmə layihəsi” olduğunu vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə reallaşan açılış mərasimində Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turan, Sənaye və Texnologiya naziri Mustafa Varank, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Maliyyə naziri Samir Şərifov, SOCAR prezidenti Rövnəq Abdullayev və digərləri iştirak ediblər.

SARSILMAZ QARDAŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev bu mühüm yatırımın Azərbaycan və Türkiyə qardaşlıq tarixində önəmli yerə malik olduğunu bildirdi, iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu və bunun da əsrlər boyu birlikdə olan insanlar üçün təbii olduğunu qeyd etdi. Türkiyə ilə əlaqələrin sarsılmaz olduğunu qeyd edən Prezident İlham Əliyev iki ölkənin ortaqlığının şərəfli bir tarixə söykəndiyini vurğulayaraq deyib: “Türkiyə Ərdoğanın liderliyi sayəsində dünya səviyyəsində böyük gücə çevrilib. Türkiyə dünyada söz sahibidir. Bu bizi çox sevindirir. Türkiyənin gücü bizim gücümüzdür. Bizim gücümüz birliyimizdir və bu bizim sərvətimizdir”.

REGİONAL GÜC

30 ilin ən böyük yatırımı olduğunu deyən Ərdoğan “Türkiyə ilə Azərbaycanın liderliyi ilə həyata keçirilən hər layihə ölkələrimizin regional güc olma xüsusiyyətini özündə birləşdirir”, deyərək qeyd edib:

XARİCDƏN ASILILIQ AZALACAQ

“STAR” zavodu Avropa, Orta Şərq və Şimali Afrikada ən böyük zavoddur. Bu yatırımla onlara da dəstək verəcəyik. Bizim vəzifəmiz yalnız Nazirliyin fəaliyyətindən və təşviqatından faydalanmaqdır. Bu zavod Türkiyənin ən böyük milliləşdirmə layihəsidir. Bu şəkildə 1.5 milyard dollara qənaət edəcəyik. Neft məhsullarını əldə etməklə Türkiyənin xaricdən asılılığını azaltmağı hədəfləyirik ”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə