Moldova prezidenti üçüncü dəfə vəzifəsindən kənarlaşdırıldı

Moldovanın prezidenti İqor Dodon vəzifəsindən uzaqlaşdırılmasını “ikili qanunsuzluq” adlandırıb. SİA vesti.ru-ya istinadən xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb. Dodon qeyd edib ki, Moldovanın Konstitusiya məhkəməsi onun ciddi qanun pozuntusunu saxlamaq cəhdinə mane olub.

Qeyd edilir ki, İqor Dodon daha öncə Moldova prezidenti postundan müvəqqəti olaraq uzaqlaşdırılmışdı. Buna sənən onun baş nazir tərəfindən tövsiyə edilən nazirlərin namizədliklərini qəbul etməməsi olub. Sonuncu uzaqlaşdırılma isə saycı üçüncüsüdür. Belə ki, 2018-ci ilin yanvarında onu Rusiya xəbərlərinin yayımının dayandırılması qərarına qarşı çıxdığına görə vəzifəsindən kənarlaşdırmışdılar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə