Politoloq: “Putinlə Ruhani Əsədi risqli addımdan çəkindirməlidir" MÜNASİBƏT

“Türkiyə diplomatiyası bu gün ordudan geri qalmadı. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan gün ərzində rusiyalı və iranlı həmkarları ilə təcili telefonla danışdı”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ərdoğanın məqsədi aydındır, həm Putinə, həm də Ruhaniyə deyib ki, Bəşər Əsədi başa salsınlar ki, Suriya rejiminə bağlı qüvvələrin Afrinə daxil olub PKK tör-töküntüsünü əvəzləmələri heç nəyi dəyişməyəcək, Türkiyə ordusu irəriləməkdə davam edəcək: “Seçim Əsədindir. Ərdoğan bu vəziyyətdə ordunu geri çağıra bilməz, bu onun və Türkiyənin imicinə də zərbə olar, çünki iş yarımçıq qalar. Ona görə də ya Putin, ya da Ruhani Əsədi risqli addımdan çəkindirməlidir. Əlbəttə, deyə bilərsiniz ki, Afrin Suriya ərazisidir və Əsəd öz ərazisində nə istəyir, onu da edə bilər. Məsələ burasındadır ki, Əsəd bu haqqı itirib. Ərazi bütövlüyü haqqında PKK və ona bağlı olan qüvvələr Türkiyə ərazisini hədəf götürəndə düşünmək lazım idi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə