1986-cı ildə soyuq qış günlərinin birində 2 yaşlı Mişel Fank evinin qarşısında yerləşən donmuş çayın yaxınlığına oynayırmış. Buz sınır və qız suya düşür. Qızı sudan yarım saatdan sonra çıxartdılar. Sudan çıxararkən qızda heç bir həyatı əlamət yox idi. Həkim ona ürək masajı etdi, qanını isitdi və orqanlarını hərəkətə gətirdi. Mişel gözlərini açdı və xoşbəxtlikdən soyuq su onun beynini dondurmamışdı.

Danimarkalı Dennis Aabo Sorensen əlini hələ 2003-cü ildə itirib. 2014-cü ildə isə həkimlər Sorensenin çiynindəki sinir ucluqlarına elektrod sistem qoşublar. Nəticədə, süni əl ilə oğlan nəinki bədənini tərpədə, hətta barmaqları ilə əşyaları da hiss etməyə başlayıb.

2014-cü ildə italiyalı motosikl sürücüsü qəzaya düşdükdən sonra xəstəxanaya qeyri-adi simptomlarla daxil olub. Onun ürəyi əvvəlkindən fərli olaraq fasilələrlə və zəif döyünməyə başlayıb. Oğlanı müayinə edən həkimlər isə gördüklərinən şoka düşüb. Sən demə qəza nəticəsində oğlanın ürəyi 90 dərəcə sağa fırlanıb. Xoşbəxtlikdən, həkimlər oğlanın ürəyini əvvəlki vəziyyətinə gətirə biliblər.

2010-cu ilin yanvarında Meksika klublarının birinin ayaqyolunda paraqvaylı futbolçu Salvador Kabanyasunun başına atəş açılıb. Onun sağ qalması üçün şans çox aşağı idi. Kritik vəziyyətə baxmayaraq futbolçu sağ qalaraq əvvəlki formasına qayıda bildi. Lakin həkimlərin tövsiyəsi güllə onun başından çıxarılmayıb. Çünki, güllənin çıxarılması onun həyatına son qoya bilər.

Çətin ki, gülləbarandan kimsə sağ çıxsın. Lakin Venseslao Moquel istisnadır. O, 1915-ci il Meksika inqilabı zamanı məhkəmə qərarı olmadan güllələnib. Güllələnmə zamanı 9 güllə onun bədənini dəlib keçib. Sonuncu güllə isə sifətinə dəyib. Atəş açanlar onun öldüyünü zənn edib. Amma o sağ qalıb və əsgərlər getdikdən sonra hadisə yerindən qaçıb. Tibbi müdaxilədən sonra sağlamlığı bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə