Göyərti diabetin qarşısını alır

İngiltərəli alimlərə görə, rasiona daxil edilən göyərti diabetin artmasının qarşısını alır. Lester Universitetinin alimləri bu tədqiqatla məşğul olurlar. İndiyədək məlumdur ki, meyvə-tərəvəzin ürək və xərçəng xəstəliklərindən qoruyur.

Tədqiqatlar zamanı məlum olub ki, Britaniyada yaşlı əhalinin 86 faizi gündə beş porsiyadan az meyvə-tərəvəz (bu da qida piramidasına uyğun deyildir) yeyir. Alimlər meyvə-tərəvəzlə 2-ci növ diabet arasında əlaqəni öyrənmək üçün 220 min adamın iştirakı ilə tədqiqat aparıblar.

Nəticələr göstərmişdir ki, yaşıl tərəvəzin hər payı diabet xəstəliyi riskini 14 faiz azaldır.

Müəlliflər hesab edirlər ki, meyvə və tərəvəzlər antioksidantlar sayəsində bəzi xroniki xəstəliklərin qarşısını alır. Məsələn, ispanaq və digər göyərtilər maqneziumun köməyi ilə diabetin yaranması riskini azaldır.

Tədqiqatçıların fikrincə, qida rasionunda meyvəyə və tərəvəzdən geniş istifadə olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə