“Ford” yolu keçən qadını vurub

Avqustun 13-də saat 15 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Goranboy rayon sakini Məmməd Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Səkinə Bağırovanı vurub.

DİN-dən SİA-ya verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən piyada ölüb. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə