57 baş qoyun tələf oldu Qazaxda yol qəzası

Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Qəza nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...