Göygöldə 22 yaşlı oğlan özünü xurma ağacından asdı

Göygöl rayonunda intihar hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə rayon mərkəzində Dilqəm Verdiyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Heydər Nurəddin oğlu Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü iplə asıb. Yaxınları hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə