Təyyarə yaşayış evinin üzərinə düşdü Ölən var

ABŞ-ın cənub-qərbində yerləşən San-Diyeqo şəhərində (Kaliforniya ştatı) "Beechcraft Bonanza" tipli birmühərrikli təyyarənin yaşayış evinin üzərinə düşməsi nəticəsində azı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. SİA-nın xəbərinə görə, bu barədə bazar günü yerli xilasetmə xidmətlərinə istinadən CBS telekanalı məlumat yayıb. Onun məlumatına görə, təyyarənin göyərtəsində 4 nəfər olub. Pilot Montqomeri Fild aeroportundan havaya qalxdıqdan tez bir zaman sonra mühərrikin imtina etdiyini bildirib və o, bundan sonra geri qayıtmaq istəyib. Təyyarə yüksək sürətlə eniş edə bilib, lakin qəzadan qaçmaq mümkün olmayıb. Ev sakinləri hadisə zamanı içəridə olmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə