Shell Şahdəniz qaz satış müqaviləsini qismən ENGİE-dən əldə edib

Shell, ENGİE, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR ENGİE-yə məxsus olan Şahdəniz qaz təchizatı müqaviləsinin SHELL Energy Europe Limited-ə transfer edilməsinə dair razılıq əldə ediblər. SİA-nın verdiyi məlumata görə, hər iki şirkət (ENGİE və SHELL ENERGY EUROPE) daha əvvəl 2013-cü ildə imzalanmış müqaviləyə əsasən Azərbaycanın Şahdəniz yatağından qaz təchizatını təmin etmişlər. Son müqaviləyə əsasən, SHELL ENERGY EUROPE ENGİE-nin 25-illik müqaviləsini almaqla istehlakçılarının qaz təminatını əhəmiyyətli dərəcədə artırır. ENGİE Şahdənizin önəmli alıcısı olaraq qalır və özünün uzun müddətli mövqeyinin dinamik optimallaşdırılmasını həyata keçirir.

Sentyabrın 5-də imzalanan transfer müqaviləsi TAP layihəsinin tamamlanmasından sonra İtaliyaya qədər Azərbaycan qazının nəqlini nəzərdə tutur.

Azərbaycan Qaz Təchizatı Şirkəti Şahdəniz HPB tərəfdaşları və SOCAR tərəfindən Şahdəniz qazını Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa bazarlarına satışını həyata keçirmək üçün marketinq şirkəti kimi yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...