Mavi qaz Türkiyə bazarına sentyabrda ixrac olunacaq AÇIQLAMA

“Nəzərdə tutulan işlərin 99 faizi artıq yerinə yetirilib və söhbət ikinci bazada mavi qazın hasil edilməsindən gedir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Şahdəniz qazı TANAP vasitəsi ilə Türkiyə bazarına, TAB vasitəsilə isə Avropa bazarlarına nəql ediləcək: “Nəticədə Azərbaycanın TANAP layihəsi vasitəsi ilə Türkiyə bazarına illik olaraq 6 milyard kub metr yaxın mavi qaz, Avropa bazarına isə 10 milyard kub metr mavi qaz nəql etmək imkanına malik olacaq. Növbəti mərhələdə Avropa bazarına çıxarılan qazın həcmi 20 milyard kub metrə qədər artırılacaq. TANAP-da gecikmələr yoxdur qrafikə uyğun olaraq işlər həyata keçirilir. Nəzərə alsaq ki, müəyyən cüzi gecikmələr bütün böyük layihələrdə müşahidə edilir. Amma, TANAP öncədən planlaşdırıldığı kimi 2018-ci ilin ikinci yarısında istifadəyə vermək mümkün olacaq və mavi qaz Türkiyə bazarına 2018-ci ilin sentyabrında ixrac oluna biləcək. 2018-ci il həmdə TANAP kəməri vasitəsi ilə Türkiyə bazarına nəql edilməyi ilə yadda qalacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə