Ödəniş kartlarının sayı 47 min ədəd artıb

Noyabr ayının əvvəlində Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının cəmi sayı 5 milyon 694 min manat təşkil edib.

SİA Mərkəzi Banka istinadən xəbər verir ki, aylıq müqayisədə, oktyabr ayında ödəniş kartlarının sayı 47 min ədəd artıb.

Cəmi ödəniş kartlarının 2 milyon 531 min ədədini sosial kartlar, 1 milyon 788 min ədədini əməkhaqqı kartları, 598 min ədədini kedit kartları və 777 min manatını digər debet kartlar təşkil edib.

Oktyabrda sosial kartlar 13 min ədəd azalıb, əməkhaqqı kartları 32 min ədəd, kredit kartları 18 min ədəd, digər debet kartları isə 10 min ədəd artıb.

Digər layihələrimiz


VTB