Rusiyada Ob çayında göyərtəsində 5 nəfərin olduğu qayıq çevrilib. SİA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Tomsk vilayətində Kolpaşevo şəhərindən 32 km uzaqlıqda, Tyaqalovsk adası rayonunda baş verib. Nəticədə 3 nəfər batıb, 2 nəfər xilas edilib. Batan şəxslərin axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə