Nigeriyalı qonaqlar ölkəmizdə silsilə görüşlər keçirəcək

Nigeriya Azərbaycanın Dostlari Təşkilatının rəhbərliyi və nigeriyalı qonaqlar ölkəmizdə səfərdədir. Təşkilatın rəhbəri Billurə Bayramova SİA-ya bildirib ki, 10 günlük səfər çərçivəsində Baki və regionlarda silsilə görüşlər keçirəcək, Azərbaycanin tarixi, mətbəxi, adət-ənənəsini daha geniş şəkildə işiqlandirmaq üçün zəngin materiallar toplanacaq.

Onun sözlərinə görə, qonaqların həm də ölkə rəsmləri ilə görüşləri nəzərdə tutulur.

Rəhbərlik etdiyi təşkilatın gördüyü işlərə toxunan Billurə Bayramova deyib ki, Foodies & Spice mətbəx verilişinin aparicisi, jurnalist Gina Ehikodi tərəfindən 13 epizoddan ibarət “Azərbaycan təamlari”, INNOVATIVE CREATIONS AND COMMUNICATION LTD-nin rəhbəri Jennifer Gentet tərəfindin işıqlandırılan “Nigeriyalilarin Diasporada Həyati” filmi birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

Bildirilib ki, səfər çərçivəsində artıq televiziya kanallarında görüşlər təşkil olunub və bir sıra regionlara səfərlər təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə