Türkiyə və Yaponiya müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, sui-qəsd nəticəsində dünyasını dəyişən Yaponiyanın keçmiş baş naziri Abe Şinzonun dəfn mərasimində iştirak etmək üzrə səfərdə olduğu paytaxt Tokioda jurnalistlərin gündəmlə bağlı ünvanladıqları sualları cavablandırıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İki ölkə arasındakı əlaqələrə toxunan nazir: “ Yaponiyanın silahlı pilotsuz uçuş aparatı (SİHA) başda olmaqla digər müdafiə sənayesi məhsulları ilə əlaqəli tələbatını qarşılaya bilərik. İstehsal etdiyimiz PUA və Silahlı pilotsuz uçuş aparatlarımız hazırda dünyada istehsal olunan məhsullar arasında ən yaxşı və hətta ən qabaqcılları hesab edilir. Liviyada Tripolinin işğalının qarşısını alan türkiyənin Silahlı PUA-ları oldu. Yaponiya ilə hər sahədə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Önümüzdəki günlərdə iki ölkə arasında söz mövzusu sahələrdə danışıqlara start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə