Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın ehtiyac duyduğu silahlarla, xüsusən də döyüş tankları ilə təmin olunmalarını istisna etmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, cümə axşamı Almaniyanın “Bild” qəzetinə bildirib.
“Əgər onlar döyüş tanklarına ehtiyac duyduqlarını deyirlərsə, biz bunu ciddi qəbul etməli və onları bu silahlarla təchiz etməliyik”-deyə Avropa Komissiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, Ukrayna özünü qorumaq üçün nəyə ehtiyacı olduğunu dəqiq bilir. “Mən Avropa ölkələrinin Ukraynaya həqiqətən ehtiyac duyduğu şeyi göndərməsinin tərəfdarıyam”. Bunu da Ursula fon der Leyen əlavə edib.
Əslində məsələnin məğzi məlumdur. Belə ki, konkret desək, Ukrayna Almaniyadan hücum silahları, xüsusən də “Leopard” tankları almaq istəyir, lakin Berlin hələ ki, bununla razılaşmayıb...?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB