“Krım körpüsü mütləq dağılacaq”

Nəqliyyat vasitələrinin hərəkəti Krım körpüsü ilə adi rejimdə həyata keçirilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” FKU Uprdor Taman-ın mətbuat xidmətinə istinadən yazır: Körpü normal işləyir.

Bu arada, yəni avqustun 18-də Kerç vilayətində zenit-raket kompleksi işə düşüb. “360tv.ru” nəşrinin məlumatına görə, işə düşən zenit-raket kompleksi ... PUA-nı vurub.

Xatırladaq ki, rayon sakinləri daha əvvəl də anlaşılmaz “göydəki poplar”dan şikayət etmişdilər.

Hakimiyyət orqanları onları “aktiv təlim” keçirməklə izah edib.

Yeri gəlmişkən, bu yaxınlarda Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Rusiyanı Krım yarımadası ilə birləşdirən körpünün mütləq dağıdılacağını bildirib.

Bununla belə, o hazırda Kerç boğazından keçən Rusiya körpüsünə zərbə endirmək imkanlarının olmadığını da etiraf edib.

...Bunun üçün isə Azov dənizinin sahillərinə çox yaxınlaşmaq lazımdır. Bir şeyi deyə bilərəm: Krım körpüsü mütləq dağılacaq. Amma...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...