Fransa 100 mindən çox ukraynalı qaçqını qəbul edib

Fransa Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri Ukraynadan 100 mindən çox qaçqını qəbul edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliklərarası böhran mərkəzinin rəhbəri, prefekt Cozef Zimet “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Fransada 100 mindən çox ukraynalı qəbul etdiklərini deyən prefekt ölkəsinin İspaniyadan fərqli olaraq tranzit ölkə olduğunu bildirib. Çünki İspaniya hələ bir neçə il əvvəl əmək bazarını ukraynalılar üçün açıb.

Zimet son vaxtlar qaçqınların qəbul dinamikasının aşağı düşdüyünü də gizlətməyib. Bununla belə, o qeyd edib ki, Fransa hər həftə 300-ə yaxın insanı qəbul edir.

Prefekt Fransa hakimiyyət orqanlarının hazırda 50 min ukraynalının harada yaşadığı barədə məlumatı olmadığını da gizlətməyib.

Bununla yanaşı o hazırda hakimiyyət qaçqınları qəbul edən fransız ailələri üçün müavinətlərin məbləğini nəzərdən keçirdiyini də qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə