Daşqınlar 3 milyon adamı evsiz qoyub

Banqladeşdә yağan leysan yağışların sәbәb olduğu daşqınlar nәticәsindә xüsusilә Sylhet şәhәrindә tәxminәn 3 milyon adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tәbii fәlakәt sәbәbindәn Sylhet bölgәsişndә 40 min ev dağılıb.

Bölgәnin 80 faizinin su altında qaldığı vә üç milyondan çox adamın evlәrini tәrk etdiyi bildirilib.

Daşqınlar nәticәsindә tәxminәn 1100 tәhsil müәssisәsinә ziyan dәyib.

Bütün xəbərlər Facebook səhifəmizdə