“McDonald's”ı gözləyən “rəqabət”

...Deməli, bu günlərdə Moskvanın mərkəzində, Puşkinskayada yerləşən “McDonald's” restoranının iyunun 12-də yeni ad altında açılacağı gözlənilir.

SİA bunu rus saytlarına istinadən bildirir.

Belə ki, rus saytlarının yazdığına görə, gələcəkdə Rusiyanın ayrı-ayrı əyalətlərində “McDonald's” tipli xeyli restoranlar açılacaq. Hələliksə bunu “ilk qaranquşu” Puşkinskaya ərazisində açılacaq restoran olacaq.

Qeyd edək ki, mayın 16-da Rusiyada fəaliyyət göstərən “McDonald's” restoranlar şəbəkəsi “şadlıqlarına şitlik edərək” Rusiya bazarından yekun olaraq çıxdığını və ölkədəki biznesinin satışına başladığını elan edib.

Xatırladaq ki, şirkət 30 ildən də artıq idi ki, Rusiya Federasiyasında işləyib və demək olar ki, yaxşı da qazanırdı. Amma bu ilin martında şəbəkə Rusiyada olan 850 restoranın “müvəqqəti” olaraq bağlandığını elan etdi. Amma belə görünür ki, bunların bağlanması “müvəqqətiyə” oxşamır.

...Məhz elə buna görə də Moskva meri Sergey Sobyanin “McDonald's” rəhbərlərinin acığına şəhərin ən gözəgəlimli yerlərində fast food restoranlar şəbəkəsinin başqa ad altında fəaliyyət və inkişafını davam etdirəcəyini bildirib.

Bununla yanaşı, Sobyaninin “McDonald's” ın Rusiya bazarını tərk etmək qərarını böyük itki kimi qəbul etməməyə çağırıb.

Şəhər meri bu restoranlar şəbəkəsinin ruslara satdığı məhsulların təxminən elə 100 faizini də Rusiya tədarükçülərindən aldıqlarını bildirib.

...Yeri gəlmişkən, bu gün “McDonald's”da daha çox satılan nədir, təbii ki, ruslarların milli yeməyi olan kartof...

Doğrudur, ruslar daha çöx qaynadılmış kartofa üstünlük verirlər. Amma ruslar üçün kartof qızartmasını öyrənməyə nə var ki...

...Ona görə də, mən Rusiyadan “qaçan” “McDonald's”ın yaxınlarda böyük bir rəqabətlə üzləşəcəyini istisna etmirəm...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə