Türkiyə NATO-dan çıxarılsın.!?

Türkiyə Finlandiya və İsveçin NATO-ya qoşulmaq cəhdinə qarşı göstərdiyi mövqeyinə görə təşkilatdan çıxarıla bilər. Bu fikri CNN-in müxbiri Devid Andelman nəşrin redaksiya rubrikasında bildirib.

Andelmanın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan timsalında müttəfiqləri ona “Ukraynada və ya onun hüdudlarından kənarda cəzasız qalmaq” üçün hər cür imkan yaradır. SİA bununla bağlı rus saytlatına istinad edir.

Jurnalistin fikrincə, belə görünür ki, dünya ictimaiyyəti Putinin neçə illərdir bəri oynadığı oyunla oynamalı və qaydalara əməl etməyə imkan olmayanda isə onları əyməlidir?

Amerikalı jurnalistə görə, bu halda Orban və Ərdoğanı əhəmiyyətsiz etməliyik(?). Yəni bütün digər 26 Avropa İttifaqı üzvü olan ölkələr sadəcə neft embarqosu tətbiq etməlidirlər. NATO isə İsveç və Finlandiyanın qoşulmasına yol açmalıdır.

Andelman qeyd edib ki, Türkiyənin NATO-dan çıxarılması ilə bağlı danışıqlar uzun müddətdir ki, davam edir. Belə ki, bu mövzu hələ üç il əvvəl, Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alanda fəal müzakirəyə çevrilmişdi.

Jurnalist bununla yanaşı qeyd edib ki, belə bir qərar strateji əhəmiyyətli regionda Şimali Atlantika Alyansının mövqelərini zəiflədə bilər. Andelmana görə, “Finlandiya və İsveçin neytrallıqdan imtinası Rusiyanın əl-qolunu bağlayır”

Qeyd edək ki, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyaya Ankaranı NATO-ya üzv olmaq üçün müraciətlərini təsdiqləməyə razı salmağa çalışaraq “narahat olmamağı” tövsiyə etmişdi. Ərdoğanın sözlərinə görə, Türkiyə İsveç və Finlandiyanın bloka qoşulmasına “hə” deyə bulməz.

Maraqlıdır, niyə Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbul olunmasını müsbət hal hesab etmir.

Gəlin,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı söylədiklərinə diqqət yetirək: “ …çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, bu gün Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışlarını görürsünüz. Bu gün Skandinaviya ölkələri də terror təşkilatların yuvasına çevrilib. PKK, DHKPC terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta, həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə, onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə