Rusiya səfirliyi ABŞ-ı blokada və sanksiyalar siyasətindən əl çəkməyə çağırıb
Rusiya ABŞ-ı xarici siyasətində mənasız blokada və sanksiyalar siyasətindən əl çəkməyə çağırır. SİA xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi öz Tvitter hesabında məlumat verib.
Rusiya diplomatik missiyasının şərhi ABŞ və Kuba arasında miqrasiya məsələləri üzrə yüksək səviyyəli dialoqun aprelin 21-də gözlənilən yeni raundu ilə bağlı xəbərə uyğundur.
Rusiya səfirliyi bu addımı alqışlayıb. “Dialoq həmişə dialoq olmamaqdan yaxşıdır. ABŞ-ın xarici siyasətində mənasız blokada siyasətindən və sanksiyalardan əl çəkməsinin vaxtı çatıb”, - Rusiya səfirliyinin mesajında belə deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB