Qaçaq Medvedçuk həbs olunub

Ukraynanın hüquq-mühafizə orqanları Müxalifət Platforması - Həyat Naminə partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuku saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə prezident Vladimir Zelenski bildirib.

“Ukrayna Təhlükəsizlik Xidməti sayəsində xüsusi əməliyyat keçirilib. Afərin”, – Zelenski bunu “Telegram “kanalında yazıb və sonra baş verənlərin təfərrüatlarını açıqlayacağına söz verib.

Qeyd edək ki, fevralın sonunda dövlətə xəyanətdə ittiham olunan Medvedçukun ev dustaqlığından qaçdığı bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə