Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Cənubi Koreyada helikopter qəzaya uğrayıb

Cənubi Koreyanın Mara adası yaxınlığında sahil mühafizə xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvündən ikisi həyatını itirib, biri isə itkin düşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, göyərtəsində 4 nəfər olan “Sikorsky S-92” helikopteri yerli vaxtla gecə saatlarında hündürlüyü itirərək suya düşüb. Helikpter yedək qayığının itkin düşən heyət üzvlərinin axtarışı üçün 6 xilasedicini patrul qayığına endirib geri qaydırakən qəzaya uğrayıb.

Qəza yerinə gələn sahil mühafizə xidməti pilotların birini sudan sağ çıxara bilib, 2 pilotun isə meyiti tapılıb. Helikopterdəki 4-cü nəfərin-mexanikin axtarışları davam edir.

Qəzanın səbəbləri barədə dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə