“Luqansk Xalq Respublikası”nın (“LPR”) bölmələri hücuma keçərək (?) Borovskoye kəndini şərqdən və cənubdan mühasirəyə alıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
“”Luqansk Xalq Respublikası”nın bölmələri Ukraynanın 57-ci motoatıcı briqadasının mövqelərinə qarşı hücumu inkişaf etdirərək, Borovskoye kəndini şərqdən və cənubdan mühasirəyə alıblar", - Konaşenkov bildirib.
Onun sözlərinə görə, 30-a qədər ukraynalı millətçi və beş zirehli texnika məhv edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB