Kremldən ilk açıqlama bu gün Rusiya prezidenti Vladimir Putinin Rusiya qazının rublla ödənilməsi haqqında fərmanı imzalamasından sonra gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Peskov, “Rusiya aprelin 1-dən etibarən Avropaya qaz axınını kəsməyəcək” deyib və ödənişlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Rusiya qazının rublla ödənilməsi barədə fərmanı imzalayan Rusiya prezidenti Vladimir Putin “Ödəniş rublla edilməsə, Rusiya qaz müqavilələri dayandırılacaq” açıqlaması Avropada narahatlıq yaradıb. Rus təbii qazında rublun məcburi edilməsi qərarını verən Putin, daha əvvəl verdiyi açıqlamada, "Rubla təbii qaz ticarəti üçün bir fərman imzaladım. Alıcıların Rusiya banklarında rubl hesabı açması lazımdır. Yeni inkişaflar avro dollar da bloklana bilər. Mövcud risklər qəbuledilməzdir”- deyərək Putin bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB