Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini vurub

Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini vurub

Rusiya ordusu Ukrayna ordusunun S-300 hava hücumundan müdafiə sistemini məhv edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edir. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ordusuna məxsus S-300 hava hücumundan müdafiə sisteminin vurulduğu bildirilib. Dəqiq atış nəticəsində buraxılış sisteminin sıradan çıxarıldığı vurğulanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə