Rusiya ilə müqavilənin imzalanması üçün Ukraynanın şərtləri

Rusiya ilə müqavilənin imzalanması üçün Ukraynanın şərtləri

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib ki, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamağa hazırdır, ancaq bir şərtlə, gərək Rusiya qoşunları 2022-ci il fevralın 23-də tutduqları mövqelərə geri çəkilsinlər.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.

“...Ukraynanın təhlükəsizliyinə təminat haqqında sazişin imzalanması yalnız Rusiya Federasiyasının bütün silahlı birləşmələrinin 2022-ci il fevralın 23-dən onların yerləşdiyi ərazilərə çıxarılmasından sonra mümkün olacaq”.

Qeyd edək ki, Kislitsa bunu BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O qeyd edib ki, İstanbulda keçirilən son danışıqlar Rusiyanın sülh müqaviləsi bağlamağa hazır olduğunu təsdiqləyib. Bununla belə, Kislitsa vurğulayıb ki, hər iki ölkənin hərtərəfli deskalasiya və davamlı atəşkəs əldə etmək üçün çox uzun yolu var.

Bundan əlavə, Kislitsa onu da qeyd edib ki, Rusiya və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında müqavilənin müddəalarını hazırlamaq və razılaşdırmaq üçün məsləhətləşmələr aparır. Deməli, bura nələr daxildir?

Beləliklə, silahlı qüvvələrin və bütün digər silahlı birləşmələrin ölkə ərazisindən çıxarılması, atəşkəs rejiminin həyata keçirilməsi mexanizmi, humanitar dəhlizlərin davamlı olaraq açılaraq təhlükəsiz fəaliyyət göstərməsi, habelə əsir və məhbusların azad edilməsi və s... hələlik müzakirə olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə