İki mikroavtobus toqquşub

Türkiyənin Bursansa bölgəsində tələbə avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində 4 şagird xəsarət alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sürücü Berat Kılığın rəhbərliyi ilə Qaziosmanpaşa İmam Hatip Orta məktəbi şagirdlərini daşıyan mikroavtobus yolda olan Emre Yavuzun idarə etdiyi mikroavtobusla toqquşub. Xəbər verilərək hadisə yerinə çox sayda polis və sağlamlıq qrupu göndərilib.

Qəzada mikroavtobusda olan 13 şagirddən 4-ü yaralanıb. Hadisə yerində ilk müdaxilələrinin ardından təcili yardımlarla xəstaxanaya aparılan yaralı tələbələrin sağlamlıq vəziyyətlərinin yaxşı olduğu öyrənilərkən, polis qəza ilə bağlı araşdırma başladıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə