Ukraynanın paytaxtı Kiyevin dəmiryol vağzalında yeraltı keçidi ərazisində güclü partlayış olub.
SİA "unian.net" saytına istinadən xəbər verir ki, bu barədə Telegram-da daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.
“Kiyevdəki Cənub Dəmiryol Vağzalına hava zərbəsi endirilib. Mərmi "İbis" otelinin yaxınlığında düşüb, stansiya binasına cüzi ziyan dəyib”,-deyə Qeraşenko bildirib. Onun sölərinə görə, hadisə qatarların hərəkətinə mane olmayıb.
Anton Qeraşenko düşən mərminin mərkəz istilik xəttini zədələdiyini deyib.
Hadisə ilə bağlı Kiyevin bir hissəsi istiliksiz qala bilər.
Son məlumatlara görə, ölən və ya zərərçəkən yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB