Meksikanın Kolima şəhərindəki həbsxanada məhbuslar arasında baş verən davada 8 nəfər ölüb, 7 nəfər yaralanıb. SİA bu barədə rus mətbuatına istinad edir.
Şəhərdəki Sosial Reinteqrasiya Mərkəzində (CERESO) məhbus qrupları arasında toqquşma baş verib. Silah və kəsici alətlərin istifadə olunduğu qarşıdurmada 8 məhbus həyatını itirib, 7 nəfər yaralanıb. Əyalət qubernatorluğundan verilən açıqlamada, həyatını itirən məhbusların ailələrinə başsağlığı verilib. Hadisə ilə bağlı istintaq başladılan həbsxanada vəziyyət nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB