Tayland marixuananı leqallaşdıran ilk Asiya ölkəsi oldu

Tayland marixuananı faktiki olaraq dekriminallaşdıran ilk Asiya ölkəsi olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, artıq bir neçə aydan sonra yerli əhali evdə bu bitkini yetişdirə biləcək. Lakin ondan kommersiya məqsədləri üçün istifadə etmək qadağan olunacaq.

Bu, ölkənin Səhiyyə Nazirliyinin marixuananı qadağan olunmuş maddələr siyahısından çıxarmasından sonra mümkün olub. Artıq məsələ ilə bağlı yeni qanun qəbul olunsa da, hələ ki, rəsmi olaraq dərc edilməyib.

Qanuna əsasən, yeni qaydalar 120 gün sonra qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə