Prezidentliyə namizədin arvadı jurnalistləri təhdid etdi

Cənubi Koreya prezidentliyinə namizədin Yun Suk Yolun arvadı ay ərzində ikinci qalmaqallı açıqlamasını verib.

SİA-nın əldə etdiyi məlumata görə, mühafizəkar Xalq üçün Hakimiyyət Partiyasının namizədinin arvadı Kim Keon-hi bildirib ki, əri seçiləcəyi təqdirdə tənqid yazan jurnalistləri həbs etdirəcək.

Yerli qəzetlərdən birinə müsahibəsində qadın ərini tənqid edən jurnalistlər barədə bunu deyib: “Mən Mavi Evə (Koreya prezidentinin iqamətgahı – red.) ayaq basan kimi onların hamısını həbsxanaya yollayacam”.

O həmçinin vurğulayıb ki, ərinin hakimiyyəti dövründə bütün tənqidi media təqib olunacaq: “Bizim göstəriş verib-verməməyimizdən asılı olmayaraq polis onlara qarşı ittiham irəli sürəcək”, - deyə Kim Keon-hi xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə