Yaponiyanın cənub-qərbində zəlzələ baş verib

Yaponiyanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, güclü yeraltı təkanlara baxmayaraq, sunami təhlükəsi yoxdur.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 01:08 radələrində ölkənin cənub-qərbindəki Kyushu adasındakı Miyazaki və Oita prefekturalarında qeydə alınıb.

Xəsarət alanlar və maddi ziyanla bağlı məlumat yoxdur. Zəlzələ Yaponiyanın qərbində, eləcə də mərkəzi Yaponiyanın bir hissəsində də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...